Dünya

İtaliya parlamentində 11 deputat işdən çıxarıldı

14 İyun 2024 17:10
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 13-ü İtaliya parlamentində baş verən kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırılıb. Parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.

Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.

Məlumdur ki, davaya mübahisəli qanun layihəsi səbəb olub və müxalifət bunun qəbuluna qarşı çıxıb.

Bildirilir ki, səlahiyyəti dondurulmuş deputatlardan bəziləri bu sanksiyaya etiraz edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.