Dünya

Putini 40 ildən çoxdur tanıyıram, məni narahat edir

7 İyun 2024 00:51
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vladimir Putini 1980-ci illərdə gizli KQB kəşfiyyatçısı kimi fəaliyyət göstərməsinə baxmayaraq 40 ildən çoxdur tanıyıram.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden "ABC Nyus" telekanalının aparıcısı David Muirə müsahibəsində deyib.

"Mən onu 40 ildən çoxdur ki, tanıyıram. 40 ildir ki, məni narahat edir. O, layiqli insan deyil", - Bayden vurğulayıb.

Qeyd edək ki, Putin 1975-1991-ci illərdə Sovet İttifaqının kəşfiyyatçısı kimi çalışıb, polkovnik-leytenant rütbəsində təqaüdə çıxmazdan əvvəl doğma şəhəri Sankt-Peterburqda və keçmiş Şərqi Almaniyada vəzifələr tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.