Dünya

Fətullah Gülən ölüb, ya qaçırılıb? - Qardaşı oğlu danışdı

3 İyun 2024 21:53
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölməyib, amma həqiqətən də ağır vəziyyətdədir, xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var. Onu qaçıranların məqsədi idarəçilik hüququnu özlərində saxlamaqdır. Hətta onu öz qardaşına da göstərmirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülənin ölümü, yaxud qaçırılması ilə bağlı yayılan xəbərlər haqda danışan qardaşı oğlu Əbusələmə Gülən "İstiqlal" qəzetinə açıqlamasında deyib.

FETÖ-nün çevriliş cəhdində əsas rolu olan qaçaq Adil Öksüzlə bağlı sualı cavablandıran Gülən bildirib:

"Adilin Almaniyada olduğunu təxmin edirəm. Onun Avropada olduğu dəqiqdir. Dəqiq desəm, mənim fikrimcə belədir. Məncə, onu avtomobil yolu ilə Gürcüstandan Avropaya keçirdilər".

Qeyd edək ki, bir neçə gün öncə Gülənin qaçırıldığı haqda məlumat yayılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.