Dünya

Britaniyalılar toyuqlardan şikayətçidirlər: "Hamısını qırmaq lazımdır"

1 İyun 2024 16:00
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyada Snettişam kəndi yüzlərlə toyuğun "istilasına" məruz qalıb. Sakinlər onlarla başa çıxa bilmirlər. Lələklilər sinfinin nümayəndələri sübh vaxtı insanları səsləri ilə oyadır, bağlara girir və əkinləri məhv edirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sakinlər toyuqların yaxınlıqdakı meşədən sürü ilə gəldiklərini və həyatlarını "cəhənnəmə" çevirdiklərini deyiblər.

Bu qədər çox toyuğun haradan gəldiyi dəqiq məlum deyil, ancaq son vaxtlar onların saylarının kəskin artdığı vurğulanır.

Vəziyyəti kəndə toyuqlarla şəkil çəkdirmək və cücələri yemləmək üçün gələn turistlər daha da ağırlaşdırıblar. Belə ki, onların qoyduqları yeməklər siçovulları cəlb edir. Bu isə yerli sakinlərin xoşuna gəlmir.

Yerli şura sərt tədbir görməyi - bütün quşları məhv etməyi tələb edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.