Dünya

Baydendən Putinlə bağlı bunu istədim, imtina etdi

26 May 2024 06:50
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və AB-dən Kreml və Rusiya Prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyi xahiş etdim, lakin onlar bundan imtina etdilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən Prezident Baydendən və Avropa Birliyindən xahiş etdim ki, işğaldan əvvəl Kremlə, Putinə, onun ətrafına, enerjisinə sanksiyalar tətbiq etsinlər ki, Putin müharibənin ağrılı olacağını bilsin; rus xalqı bilsin ki, bu, iqtisadi baxımdan zərərlidir", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın tələbi təmin edilməyib, ABŞ və AB sanksiyalar tətbiq etməkdən imtina edib:

"Hamısı dedi ki, yox, əvvəlcə ruslar bir addım atmalıdırlar, sonra biz müvafiq addımları atacağıq. Nəticə nədir? - böyük və bərpaolunmaz insan itkisi. Məncə, bu, fəlakətdir. Mənə elə gəlir ki, bizi sizinlə xarabalıqda oturmuşuq. Öldürülən insanlar, talelər, zorakılıqlar..."

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.