Dünya

Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı hökm çıxardı

24 May 2024 19:40
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının apellyasiya şikayətindən sonra İsraillə bağlı hökm çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hökmə əsasən, İsrail Rəfaha hücumu dayandırmalıdır.

Məhkəmə sədri Navaf Salamın səsləndirdiyi qərarda bildirilib ki, İsrail şəhərdə həyat şəraitinin pisləşməsi səbəbindən Rəfahdakı əməliyyatı dərhal bitirməlidir.

Bundan əlavə, məhkəmənin qərarına əsasən, İsrail anklav ərazisinə humanitar yardımın buraxılması üçün Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsini açmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.