Dünya

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

20 May 2024 22:35
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun İsrailin Baş naziri Binyamin Netanyahu və Yəhudi Dövlətinin Müdafiə Naziri Yoav Qalantın həbsi ilə bağlı orderin verilməsi tələbini rədd edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında deyilir.

"Birləşmiş Ştatlar bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunun HƏMAS terrorçuları ilə birlikdə İsrailin yüksək vəzifəli məmurlarının həbsinə order verilməsi üçün müraciət etdiyi barədə bəyanatını əsaslı şəkildə rədd edir. Biz prokurorun İsraili HƏMAS-la bərabərləşdirməsini rədd edirik. Bu biyabırçılıqdır. HƏMAS Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədən və hələ də onlarla günahsız insanı girov saxlayan qəddar terror təşkilatıdır", - Blinken qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.