Dünya

KXDR yeni taktiki ballistik raketi sınaqdan keçirdi

18 May 2024 08:35
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KXDR yeni özünüidarəetmə naviqasiya sistemi ilə taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Koreyanın səsi" radiosu məlumat yayıb.

"KXDR-in Raket İstehsalı Baş İdarəsi Şərq dənizində yeni özünüidarəetmə naviqasiya sisteminin tətbiq olunduğu taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib", - məlumatda deyilir.

Qeyd olunur ki, KXDR lideri Kim Çen Inın iştirak etdiyi sınaqlar mayın 17-də baş tutub. Şimali Koreya hərbçiləri Vonsan şəhərinin ətrafından bir neçə qısa mənzilli raket buraxıblar. Raketlər təxminən 300 km uçub və Yaponiya dənizinə düşüb.

Bundan əvvəl "Yonhap" agentliyi Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirib.

KXDR sonuncu dəfə aprelin 22-də Yapon dənizinə raket atıb. Bundan sonra NHK telekanalı Şimali Koreya raketinin Yaponiyanın iqtisadi zonasından kənarda düşdüyünü bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.