Dünya

Zelenskidən müraciət: Xarkova əlavə qüvvələr cəlb edilir

11 May 2024 06:47
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunları Xarkov vilayətində Ukraynaya qarşı əməliyyatları genişləndirməyə cəhd edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.

"Hərbçilərimiz, artilleriyamız, pilotsuz təyyarələrimiz işğalçıya cavab verir. Mövqelərimizi lazımi səviyyədə qoruyan hər bir əsgərə, hər bir çavuşa, hər bir zabitə minnətdaram", - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Xarkov istiqamətinə əlavə qüvvələr cəlb olunacaq.

Qeyd edək ki, ABŞ rəsmisi də rus qoşunlarının Xarkova hücuma başladığını açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.