Dünya

Şahzadə Harrinin jurnalistin sualına cavabı hər kəsi təəccübləndirdi

10 May 2024 15:05
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri Londonda "Invictus Games"in ("Məğlubedilməzlərin Oyunu" - hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmiş və hazırkı hərbi qulluqçular üçün beynəlxalq çoxnövçülük yarışıdır) 10-cu ildönümü ilə bağlı mərasimdə iştirak edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, tədbirdən sonra jurnalistlərdən biri Şahzadə Harrinin evdə olduğuna görə özünü xoşbəxt hiss edib-etmədiyini soruşub. Sasseks hersoqu jurnalistlə salamlaşıb, lakin suala cavab verməyib. Jurnalist sualı təkrarlayanda kral ailəsinin üzvü ona gülümsəyib, sonra da - "Sizi görməyimə şadam!" - deyib və gedib.

Qeyd edək ki, aprel ayında məlum olmuşdu ki, Sasseks hersoqu Böyük Britaniya ilə əlaqələri kəsib. Onun hazırda ABŞ-də yaşadığı bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.