Dünya

İngiltərədən sensasiyalı iddia: Vanqa bu barədə demişdi - Dünyanı nə gözləyir?

3 May 2024 19:39
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 2-nə keçən gecə Böyük Britaniyanı vuran güclü tufan Vanqa tərəfindən proqnozlaşdırıla bilərdi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fərziyyəni "Mirror" qəzeti irəli sürüb.

"Onun peyğəmbərliklərindən biri artıq gerçəkləşdi",- məqalədə deyilir. Vurğulanır ki, faktiki olaraq üç ayda ölkədə ümumi daxili məhsul 0,3 faiz azalıb. Jurnalistlərin fikrincə, başqa bir peyğəmbərlik də reallaşmağa başlayır. Xüsusilə, Vanqa 2024-cü ildə dəhşətli təbii fəlakətləri qabaqcadan görüb. Onun proqnozuna görə, Yerin orbiti dəyişəcək.

Qısa müddət ərzində bu baş verərsə, planetdə iqlim pozulacaq və radiasiya fonu yüksələcək. Çoxları əmindir ki, Vanqa əvvəllər 11 sentyabr faciəsini və "Brexit"i proqnozlaşdıra bilib.

Ancaq onun peyğəmbərliklərinə inanırsınızsa, bəşəriyyəti qarşıda sevincli hadisələr gözləyir - tibbdə sensasiyalı kəşflər olacaq. Martın sonunda ağciyər xərçənginə qarşı peyvəndin hazırlanması barədə məlumat yayıldı. Alimlərin fikrincə, "LungVax" dərmanı xəstəliyin 90 faizə qədərinin qarşısını ala biləcək.

Böyük Britaniyada ildırım çaxarkən La-Manş kanalını 35 min ildırım vurub. Dəhşətli səs milyonlarla britaniyalını yuxudan oyadıb. Əsas zərbə Cənubi İngiltərə və Uelsə dəyib.

Fırtına bir neçə binanı dağıdıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Meteoroloji xidmət yaşayış binalarını su basması ehtimalı barədə xəbərdarlıq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.