Dünya

ABŞ-də Tiktok qadağan edilə bilər

21 Aprel 2024 06:30
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktokun ölkədə qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi qanun layihəsinə əsasən, Tiktokun sahibi olan Çinin "ByteDance" şirkətinə sosial şəbəkəni satmaq üçün 9 ay vaxt veriləcək. Əgər şirkət Amerika hakimiyyətinin şərtlərinə əməl etməzsə, o zaman Tiktok Amerikada qadağan olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi hələ ABŞ Senatı tərəfindən dəstəklənməlidir, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.