Dünya

Bu ölkədə ilk şəhər hava taksisi işə başlayacaq

20 Aprel 2024 16:37
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation" hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini "Midnight" modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası ilə 40 dəqiqəyə qədər dörd sərnişin daşıya bilir.

İlkin olaraq, Yeni Dehlinin simvolik dairəvi meydanı ilə Qurqaon arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Səyahət vaxtı təqribən yeddi dəqiqə olacaq, adambaşına düşən xərc 2-3 min hind rupisi (24-36 dollar) təşkil edəcək.

Qeyd edək ki, oxşar marşrutda adi taksi ilə gediş tıxac olmadan təxminən 45 dəqiqə və 700 rupi (8,4 dollar) təşkil edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.