Dünya

Ekvadorda fövqəladə vəziyyət elan edildi

20 Aprel 2024 09:01
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda enerji sistemində baş verən böyük böhran səbəbindən iki aylıq milli fövqəladə vəziyyət elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə ölkə lideri Daniel Noboa fərman verib.

"Ciddi daxili iğtişaşlar və elektrik enerjisi sahəsində fövqəladə vəziyyət nəticəsində ölkə ərazisində baş vermiş ictimai fəlakətlə əlaqədar əhaliyə elektrik enerjisi xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədi ilə fövqəladə vəziyyət elan edilsin", - deyə prezident fərmanından çıxarışlar verilib.

60 gün müddətində qüvvədə olacaq fövqəladə vəziyyət fərmanı "təxribat, terror hücumları və digər təhlükələrin qarşısını almaq üçün" kritik enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün polis və hərbi qüvvələrin səfərbər edilməsini əmr edir.

Əsasən quraqlıq səbəbindən su elektrik stansiyalarının dayanıb.

İstehlakçılar 8 saata qədər elektrik enerjisiz qalır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.