Dünya

Dron müharibəsi qaçılmazdır - "Forbes"

17 Aprel 2024 10:51
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna və Rusiya dron ehtiyatlarını artırır və onlardan cəbhədə getdikcə daha çox istifadə edirlər. Dron müharibəsi qaçılmazdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Forbes" nəşrinin məqaləsində bildirilib.

"PUA-lar arasında qarşıdurma 2022-ci ildən bəri davam edir, lakin indi fərqli mənzərə görürük. Təsadüfi toqquşmalar əvəzinə, kiçik kvadrokopterlərin daha böyük bombardmançılara hücum etməsini görürük", - məqalədə vurğulanıb.

Nəşr qeyd edir ki, hazırki strategiyadan I Dünya müharibəsi zamanı da istifadə olunub:

"Təyyarə ilə effektiv müharibə aparacaq yeganə şey başqa təyyarə idi. Təxminən 100 il sonra eyni mübarizə miniatür rejimdə - PUA-larla alçaq hündürlükdə hava məkanı uğrunda davam edir.

Ukraynanın ağır bombardmançı pilotsuz təyyarələri gecələr uçur, tankları və digər avadanlıqları məhv etmək üçün dəqiqliklə çoxsaylı bombalar atırlar. İşğalçılar arasında qorxu yayıblar. Onlar eşidilə bilər, lakin görünmür, ruslar bu dronları vurmağın effektiv yolunu tapmayıblar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.