Dünya

ABŞ İsraili zərbələrdən qoruyur, bəs Ukraynanı? - Kirbi

15 Aprel 2024 23:41
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya raket hücumlarını nə üçün birbaşa dəf etməməsi ilə bağlı suala cavabında deyib.

"Mən bu sualı gözləyirdim. Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsi", - Kirbi bildirib.

O xatırladıb ki, Ağ Ev rəhbəri Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-ın münaqişəyə "döyüş rolunda" qarışmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

Qeyd edək ki, İsrailə PUA və raket hücumlarının dəf edilməsində iştirak edən ABŞ ordusunun nə üçün Ukrayna konfliktində belə rol almaması ilə bağlı müəyyən suallar yaranıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.