Dünya

Britaniya qanunsuz miqrantları Ermənistana göndərə bilər

15 Aprel 2024 10:39
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya krallıqdan çıxarılan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Times" qəzeti yayıb. 

Bildirilir ki, sözügedən məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq aparılır. 

Məlumata görə, London əvvəllər Böyük Britaniya və Ruanda arasında əldə olunan razılaşmanın analoqu olan sazişi məhz bu dörd ölkə ilə bağlamaq niyyətindədir. 

Qəzet yazır ki, Britaniya artıq il yarımdır ki, krallıqdan çıxarılan qanunsuz miqrantları qəbul edə biləcək ölkələr axtarışındadır. Qeyd olunub ki, ölkənin Baş naziri Rişi Sunak hələ ötən ilin payızında müvafiq sazişləri bağlamağa ümid edirdi. Lakin Britaniya Ruandaya bir nəfər belə qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib. London və İrəvan arasında texniki danışıqların isə ötən ilin sentyabrında başladığı vurğulanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.