Dünya

Baş nazirin əvəzinə səhvən köməkçisini öpdü - VİDEO

29 Mart 2024 17:53
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın Baş naziri Nacib Mikati ölkəyə səfərə gələn italiyalı həmkarı Girogia Melonini köməkçisi ilə səhv salıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İtaliya nümayəndə heyətinin Beyruta rəsmi səfəri zamanı baş verib.

Belə ki, Mikati italiyalı həmkarını qarşılamaq üçün Beyrut hava limanına gəlib. Bu zaman təyyarədən Melonidən əvvəl onun köməkçisi Patrizia Scurti enib. Livanın Baş naziri onu Meloni zənn edərək qucaqlayıb və öpüb.

Bunun ardınca N. Mikati yol verdiyi səhvlə bağlı məlumatlandırılıb. O, bir neçə dəqiqə sonra təyyarədən edən Melonini eyni qaydada qarşılayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.