Dünya

Misir bu ərazini Türkiyəyə satır - ŞOK İDDİA

20 Mart 2024 17:45
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan mətbuatı Türkiyə ilə Misir arasında çox mühüm müqavilə imzalanacağını iddia edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyə son illərdə Şərqi Aralıq dənizi və Afrikada varlığını gücləndirmək üçün göstərdiyi səylərlə beynəlxalq aləmdə diqqət çəkib. Bu çərçivədə "Ta Nea" qəzeti Türkiyənin Misirlə mümkün liman razılaşması edə biləcəyi iddiasını gündəmə gətirib.

Xəbərdə Türkiyənin iqtisadi imkanlar axtardığı vurğulanıb və Misirin əvvəlki razılaşma əsasında Ras Əl-Hikmə bölgəsini Birləşmiş Ərəb Əmirliklərinə satması xatırladılıb. Belə bir razılaşmanın Türkiyə ilə də bağlana biləcəyi irəli sürülüb.

Lakin bu müqavilənin təkcə Misirlə məhdudlaşmayacağı, Türkiyənin digər Afrika ölkələri ilə ticarət əlaqələrini gücləndirəcəyi bildirilib. Xəbərdə Türkiyənin Afrikada artan diplomatik və iqtisadi varlığına, xüsusilə də Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi diplomatik nailiyyətlərə istinad edilib.

Bu səylərə nümunə olaraq Türkiyənin Afrikada açdığı 26 səfirliyin və qitədə iş dünyasının həyata keçirdiyi layihələrin ümumi dəyərinin 85,5 milyard dolları keçdiyi vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.