Dünya

Stoltenberq: Azərbaycanın hərbi ittifaqlara qoşulmamaq kimi suveren qərarını alqışlayırıq

18 Mart 2024 21:27
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO inanır ki, hər bir dövlət öz yolunu özü seçə bilər. Alyansın çoxlu tərəfdaşı var, Azərbaycan da onların sırasındadır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində deyib.

"Yeri gəlmişkən, Azərbaycanın NATO-ya qoşulmaq kimi bir niyyəti yoxdur. Bu ölkə bütün hərbi ittifaqlardan kənardadır. Azərbaycanın suveren qərarına hörmətlə yanaşırıq. Lakin, əlbəttə, söhbət Finlandiya və İsveç kimi ölkələrə gəldikdə isə, bu ölkələr neytral mövqedən imtina etdilər. Bu təqdirdə alyansın qapıları açıqdır və bu, NATO-nun aqressiv şəkildə Şərqə doğru genişlənməsi demək deyil. Bu o deməkdir ki, NATO-nun şərqində yerləşən ölkələr qurumun bir hissəsi olmaq istəyirlər və biz onları müttəfiqlərimiz kimi qəbul edirik", - Stoltenberq bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.