Dünya

Zelenski: Düşmənin hücumu dayandırıldı

12 Mart 2024 09:18
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi Ukrayna-Rusiya cəbhəsində vəziyyət son üç ayda olduğundan xeyli yaxşıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Le Monde" və BFMTV-yə müsahibəsində deyib.

"Artilleriya sursatlarının, hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli silahların olmaması və Rusiya dronlarının sıxlığı səbəbindən çətinliklərlə üzləşdik. Rusiya aviasiyasına qarşı yaxşı işlədik, Şərqdə vəziyyəti bərpa etdik və düşmənin hücumu dayandırıldı", - dövlət başçısı söyləyib.

Prezident qeyd edib ki, işğalçılar Avdiivkanı viran qoyaraq bu əraziləri ələ keçirə biliblər, lakin çoxlu sayda təyyarə itirdiklərinə görə artıq irəliləyə bilmirlər.

"Biz Qara dənizdə güclü əməliyyatlar həyata keçiririk. Mən təfərrüatlara varmayacağam, amma çox önəmli müsbət nəticələrə işarə edən məruzə aldım", - Zelenski əlavə edib.

Eyni zamanda, o bildirib ki, Ukrayna müharibə davam edərkən Rusiyanın təcavüzünü dayandırmaqda "pozitiv" ola bilməz.

"Amma bu gün biz Rusiyanın Ukraynanın şərqindəki hücumunu dayandırdıq və onlar böyük itkilər verirlər. Nəyə görə mən daha da pozitiv deyiləm? Çünki, ola bilsin ki, sabah, bir həftə və ya bir ay sonra onlar daha bir milyon sursat əldə edəcəklər, bizim ümid etdiyimiz sursatlar isə olmayacaq", - Ukrayna lideri vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.