Dünya

ABŞ Ali Məhkəməsindən Trampın seçkidə iştirakı ilə bağlı - QƏRAR

5 Mart 2024 07:57
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə Kolorado Məhkəməsinin bununla bağlı tətbiq etdiyi qadağanı ləğv edib.

"ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik", - məhkəmənin qərarında deyilir.

Xatırladaq ki, Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi. Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.