Dünya

Rumıniyanın Baş naziri: Azərbaycanla ümumi layihələri dəstəkləməyə hazırıq

4 Mart 2024 21:43
Baxış: 717
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.