Dünya

Pakistan tarixində ilk: Nəvaz Şərifin qızı baş nazir seçildi - FOTO

27 Fevral 2024 15:04
Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Pəncab əyalət məclisində keçirilən səsvermə nəticəsində keçmiş baş nazir Nəvaz Şərifin qızı Məryəm Nəvaz vilayətin baş naziri seçilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Məryəm Nəvaz ölkə tarixində ilk qadın əyalət baş naziri olub.

Belə ki, Pəncab Assambleyasının üzvləri ştatın baş nazirini müəyyən etmək üçün keçirilən seçkidə səs veriblər.

Seçkilərdə həbsdə olan sabiq baş nazir İmran Xanın partiyası Pakistan Ədalət Hərəkatının (PTI) namizədi Rana Aftabın etiraz etdiyi seçkilərdə Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) sədr müavini və keçmiş baş nazir Şərifin qızı Məryəm Nəvaz 371 yerlik Pəncab Assambleyasında 220 üzvün səsini toplayıb.

Nəticədə səs çoxluğu ilə Məryəm Navaz ölkə tarixində ilk qadın əyalət baş naziri seçilib.

Qeyd edək ki, Pakistanın Seçki Komissiyası fevralın 8-də fevralın keçirilən Milli Assambleya və əyalət məclislərinə seçkilərin nəticələrini 11 fevralda elan edib.

Rəsmi nəticələrə görə, seçkilərdə İmran Xanın partiyası PTI-nin dəstəklədiyi müstəqil deputatlar birinci, Nəvaz Şərifin rəhbərlik etdiyi PML-N isə ikinci yerdə qərarlaşıb.

PTI saxtakarlıq olduğu səbəbiylə ölkə daxilində 8 fevral seçkilərinin nəticələrini etiraz edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.