Dünya

Rusiyada 10 yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı, evə qayıdaraq anasına zəng etdi

26 Fevral 2024 08:50
Baxış: 812
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskvada gəzintiyə çıxmaq istəyən 10 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı Metroqorodok sakini olan ana həmin vaxt mağazada olub.

O, uşağı evdə qardaşı və xəstə babası ilə birgə qoyub.

Azyaşlı qapı bağlı olduğundan çölə eyvandan çıxmağa çalışıb, lakin özünü saxlaya bilməyərək yıxılıb.

Bildirilir ki, uşaq qar yığınına düşüb və yıxıldıqdan sonra qalxaraq mənzilə qayıdıb və anasına zəng edə bilib. Qadın təcili yardım çağırıb.
Uşaq qabırğalarının sınığı və qarın divarının əzilməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Polis əməkdaşları ailə ilə söhbət etməyi planlaşdırırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.