Dünya

Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır

23 Fevral 2024 14:20
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Lekornu deyib ki, Ermənistana yaxın, orta və uzun mənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq.

Fransalı nazir Ermənistana hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamayıb, lakin qeyd edib ki, "onların hamısı müdafiə əhəmiyyəti daşıyır, çünki Cənubi Qafqazda həm əhalinin, həm də sərhədlərin qorunması prioritetdir".

Həmçinin əlavə olunub ki, ehtiyac yarandığı təqdirdə Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri üçün raketlərlə də təmin edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.