Ukraynanın Xarkov vilayətinin Kupyansk istiqamətində gedən döyüşlərdə Rusiyaya qarşı vuruşan Ermənistan Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Gevorq Mkrtçyan ölüb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, o, 3 fevralda Rusiya ordusunun zərbəsi nəticəsində ölüb.
Bir daha xatırladaq ki, G.Mkrtçyan erməni əsilli Ukrayna vətəndaşı deyil, məhz Ermənistan vətəndaşıdır. Ermənistan isə Rusiya ilə bir hərbi ittifaqdadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun