Dünya

Slovakiya prezidenti koronaya yoluxdu

5 Fevral 2024 00:15
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COVİD-19 (koronavirus) testi müsbət çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də Quql şirkətinin baş ofisində olub.

Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını da ləğv edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.