Dünya

Macarıstan Ukraynaya yardıma mane ola bilməz - Siyarto

4 Fevral 2024 22:42
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq.

Milli.Az axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Siyarto vurğulayıb ki, Avropa Komissiyası AB ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.

"Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq", - o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.