Dünya

Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib - FOTO

30 Yanvar 2024 21:00
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma şəhərinin məşhur "Piazza dei Santi Apostoli" meydanında İtaliyada yaşayan Azərbaycan icmasının dinc etiraz aksiyası keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistan tərəfinin Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi, regionda sülhə əngəl törətməsi, mina xəritələrini Azərbaycana təhvil verməməsi, beynəlxalq hüququn tələblərini və insan haqlarını pozması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edilib.

"Biz sülh istəyirik!", "Mina terrorunu dayandırın!" və başqa şüarları nümayiş etdirən aksiya iştirakçıları beynəlxalq birlikdən ədalət tələb ediblər.

Xatırladaq ki, hazırda Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində eyni xarakterli silsilə tədbir və aksiyalar keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.