Dünya

Çində silsilə zəlzələlər baş verdi

30 Yanvar 2024 10:05
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədin yaxınlığında, Sincan-Uyğur Muxtar Regionunda 5,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Çinin Aksu qəzasından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Pekin vaxtı ilə saat 9:44-də 3,9 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Hadisə Çinin Akçi qəzasında baş verib. Dağıntı və itki barədə məlumat daxil olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.