Dünya

ABŞ İraqdan qoşunlarını çıxaracaqmı? - Pentaqon

26 Yanvar 2024 06:25
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İraqdan qoşunlarını çıxarmaq tələbi almayıb və bu məsələni iki ölkənin hərbçiləri arasında elan edilən danışıqlarda müzakirə etməyi planlaşdırmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Biz İraq hökumətindən qoşunların çıxarılması ilə bağlı heç bir tələb almamışıq. Bu, ikitərəfli münasibətlərimiz baxımından İraqla birlikdə gələcəyimizin necə olacağını müəyyən etmək üçün yaradılmış işçi qrupdur", - Sinq qeyd edib.

Qeyd edək ki, ötən gün CNN ABŞ-ın İraqdan qoşunları çıxarmağa hazırlaşdığı ilə bağlı açıqlama yaymışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.