Dünya

Bu ölkə İsrailə silah tədarükünü DAYANDIRDI - Qəzzaya görə

21 Yanvar 2024 11:19
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin oktyabrında HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.

"Oktyabrın 7-dən sonra biz İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyə nazir bildirib.

Qeyd olunub ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.