Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə respublikanın Baş Nəzarət İdarəsinin rəhbəri Maurisio Torres bildirib.
"Dövlət qulluqçularının bəyannamələrinin təhlili zamanı resursların optimallaşdırılması üçün süni intellektdən istifadə edilməsi planlaşdırılır", - idarənin "X" hesabında Torresə istinadən məlumat verilib.
Nəzarət idarəsinin rəhbərinin sözlərinə görə, süni intellekt məmurların bəyannamələrində aktivlərin qeyri-adi artımını müəyyən etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Ekvadorda dövlət qurumlarında korrupsiya ilə mübarizəyə yönəlmiş genişmiqyaslı "Metastazlar" əməliyyatı aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun