Dünya

Bayden pul üçün Konqreslə “döyüşür”

18 Yanvar 2024 22:15
Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresində Ukraynaya kömək üçün maliyyə məsələsində razılığın olmaması Vaşinqtonun milli təhlükəsizliyini, NATO və bütün dünyanı təhdid edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Baydenlə Konqres rəhbərliyi arasında görüşdən sonra Ağ Evin yaydığı bəyanatda deyilib.

Bayden konqresmenlərlə onların hərəkətsizliyinin Ukrayna, ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib:

"O, Konqres tərəfindən davamlı fəaliyyətsizliyin ABŞ-ın, NATO-nun və dünyanın qalan hissəsinin milli təhlükəsizliyinə təhlükə yaratdığını açıq şəkildə bildirdi. Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün mümkün qədər tez əlavə maliyyə ayırmağa və bununla da ABŞ-ın qətiyyətli olması siqnalını verməyə çağırdı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.