Dünya

Keyt Midelton bu səbəbdən dövlət tədbirlərindən kənarda qalacaq

17 Yanvar 2024 20:48
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midelton abdominoplastika əməliyyatı keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şahzadə xəstəxanada müalicəsini davam etdirir. Bu səbəbdən onun aprelin ortalarınadək dövlət tədbirlərində iştirak etməyəcəyi qeyd olunub.

Bir neçə gün öncə Keyt Midelton əməliyyat üçün London Klinikasını seçdiyi barədə paylaşım edib. Həkimləri isə onun səhhəti ilə bağlı açıqlama yayıblar.

"Əməliyyat uğurlu keçdi. Şahzadənin sağalmasını davam etdirməsi üçün 10-14 gün xəstəxanada qalacağı gözlənilir", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.