Dünya

ABŞ Qəzza qətliamına "lizensiya" verdi - Rus diplomat

10 Yanvar 2024 08:19
Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mətnini dəyişdirməyə və oraya Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün "faktiki olaraq lisenziya" daxil etməyə məcbur etdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib.

"Amerikalı həmkarlarımızın hiyləgərcəsinə "effektiv ikitərəfli diplomatiya" adlandırdıqları ən çirkin təzyiq və şantaj alətlərindən istifadə edilib.

Qətnamədə döyüşlərin dayandırılmasına çağırış əvəzinə, döyüşlərin dayandırılması üçün şərait yaradılması ifadəsi yer alır və bu, əslində İsrailin Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün bir "lisenziyadır" və bu, guya qeyd olunan şəraitin yaradılması istiqamətində atılan addımlardır", - diplomat bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.