Dünya

Zibil qutusundan dönən şans: lotereyadan külli miqdarda pul qazandı

7 Yanvar 2024 14:56
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sakini heç nə qazanmadığını düşündüyü üçün 925 400 dollarlıq lotereya biletini az qala atacaqdı.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Miçiqan ştatının Makom dairəsinin 39 yaşlı sakini əri ilə bir neçə həftədən bir müxtəlif lotereyalara bilet aldığını bildirib. Bilet almaq üçün gedən qadın lotereyalardan birinin əsas uduşunun bir milyon dollara yaxınlaşdığını görüb və bir neçə bilet almaq qərarına gəlib.

"Biz evə gələndə həmin biletə baxdım və qərara gəldim ki, bu, bilet uduşlu deyil", - deyə o bildirib.

Qadın bileti atmaq istədiyini, lakin son anda xüsusi proqram vasitəsilə yoxlamaq qərarına gəldiyini qeyd edib. Onun sözlərinə görə, ekranda 925 400 dollar məbləği görünəndə skanerin xarab olduğunu düşünüb. Qadın onu yenidən yoxlamaq qərarına gəlib və hər şey təsdiqləndikdə çox sevinib.

O, əlavə edib ki, pulu yeni avtomobilə xərcləyəcək, qalanını isə saxlayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.