Dünya

Oleksandr Tkaçenko vəfat etdi

5 Yanvar 2024 21:07
Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə aparıcı Mıkola Kanişevski feysbukda yazıb.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Mart ayında Tkaçenkonun 85 yaşı tamam olacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.