Dünya

BƏƏ vasitəçilik etdi, Rusiya 248 əsiri geri aldı

3 Yanvar 2024 22:15
Baxış: 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BƏƏ-nin vasitəçiliyi sayəsində 248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yanvarın 3-də Kiyev rejiminin nəzarətində olan ərazi ilə aparılan mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbi qulluqçu geri qaytarılıb. Rusiya hərbçilərinin əsirlikdən qayıtması Birləşmiş Ərəb Əmirliyinin humanitar vasitəçiliyi sayəsində mümkün olub", - Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, azad edilən bütün Rusiya hərbçiləri lazımi tibbi və psixoloji yardım alırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.