Dünya

Burkina-Fasoda fransızcanın rəsmi statusu ləğv edildi

31 Dekabr 2023 11:14
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burkina-Fasoda ingilis və fransız dilləri işgüzar dillər kimi müəyyən edilərək milli dillərin rəsmi status təsbit edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib.

Düzəliş sonucunda fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanır.

"Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın böyük diləyidir, hökumət də, xülasə, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz", - qəbul edilmiş sənəddə vurğulanıb.

Dəyişikliyə görə, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları mur, diula, bissa, daqara, fulfulde, qurmançemadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.