Dünya

ABŞ İsrailə 155 mm-lik mərmilər göndərir

30 Dekabr 2023 17:40
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət katibi Entoni Blinken 155 mm-lik mərmilərin İsrailə 147,5 milyon dollara mümkün satışını təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat verib.

Sənəddə vurğulanıb ki, söhbət 155 mm kalibrli M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir.

"Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir", - deyə Pentaqon qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.