Dünya

Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...

27 Dekabr 2023 23:40
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.

Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.