Dünya

Nikol Piterdə özünü ağıllı göstərdi, dedi ki... - Badalyan

26 Dekabr 2023 10:24
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı", - Badalyan bildirib.

Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında "Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır" deyə bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.