Dünya

Serbiyada inqilab baş verir?

24 Dekabr 2023 23:51
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

"Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər və biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün yumşaq reaksiya göstəririk", - deyə Vuçiç bildirib.

Qeyd edək ki, Belqradda müxalifət tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa cəhd göstəriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.