Dünya

Argentina Prezidenti maaşının hamısını ona verirmiş - FOTO

24 Dekabr 2023 12:45
Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina Prezidenti Xavyer Miley maaşının hamısını bacısı Karinaya verdiyi üçün nə qədər aylıq məvacib aldığını bilmədiyini deyib.

Milli.Az report-a istinadən xəbər verir ki, siyasətçi bu barədə yerli "Canal 13" telekanalının efirində danışıb.

"Bilmirəm. Mən heç vaxt maaşımın miqdarına baxmamışam, pulumu (xərclənməsini-red) bacım idarə edir", - Miley deyib.

Miley Prezident olmazdan əvvəl deputat idi və maaşını xüsusi portalda hamı arasında oyuna sərf edirdi. O, indi bunu etmir, çünki eyni vaxtda mühazirə oxumaqla artıq pul qazana bilmir.

Karina Miley Argentinanın yeni Prezidentinin sağ əli adlanır. O, inauqurasiya günü, dekabrın 10-da qardaşını müşayiət edib. Həmin gün Xavyer Miley qohumlarının dövlət vəzifələrinə təyinatını qadağan edən qaydanı dəyişdirərək bacısını Prezident Dəftərxanasının baş katibi təyin edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.