Dünya

Putin aylardır ki, Qərbə Ukrayna ilə bağlı mesaj ötürür

23 Dekabr 2023 22:41
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin aylardır ki, diplomatik kanallar vasitəsilə Ukrayna ilə təxminən iki il davam edən müharibədə atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri Kremlə yaxın iki keçmiş yüksək rütbəli rus məmuruna, həmçinin Rusiya nümayəndələrindən mesaj alan ABŞ və beynəlxalq rəsmilərə istinadla məlumat yayıb.

İddiaya görə, 2022-ci ilin sentyabrında Putin Rusiya ordusunun ələ keçirdiyi ərazilərlə kifayətlənməyə hazır olduğu mesajını verib.

Mənbələr nəşrə bildiriblər ki, Rusiya qoşunları döyüş meydanında yenidən güc qazanarsa, Putin fikrini dəyişə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.