Dünya

Moskvalılar yerli “Hatiko”nun sahibini axtarırlar - FOTOlar

21 Dekabr 2023 13:15
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtında Lianozovo platformasının çıxışı yaxınlığındakı metro keçidində artıq iki həftədir ki, tərk edilmiş it yaşayır. Sakinlər onu yerli "Hatiko" adlandırırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, it dekabrın 8-də metro stansiyası yaxınlığında peyda olub. O gündən insanlar ona su və yemək gətiriblər.

Qeyd edək ki, itə bu ad Yaponiyadakı Hatikonun hekayəsinə görə verilib. Belə ki, it sahibi Hidesaburo Uenonu hər gün vağzala kimi ötürür, o, işdən qayıdanda isə vağzalda qarşılayardı. Bir gün sahibi işdə qəfil ölür. İt bunu bilmir və növbəti doqquz il dəmiryol vağzalında sahibini gözləməyə davam edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.