Qəzzanın Cəbəliyyədəki Kamal Advan xəstəxanası HƏMAS-ın nəzarəti altında hərbi obyektə çevrilib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu xəstəxananın direktoru Əhməd Kahlotun açıqlayıb.
Onun sözlərinə görə, xəstəxananın içərisində HƏMAS-ın ofisləri var və buradan əməliyyat fəaliyyəti üçün baza kimi istifadə edilir:
"Xəstəxananın 16 əməkdaşı, o cümlədən həkimlər və tibb bacıları terror təşkilatının hərbi qanadı olan Əl-Qəssam Briqadalarında xidmət edən Həmas əməliyyatçılarıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun