Dünya

Nazir əsəbiləşdi: Evdə hərbi xidmət keçmək istəyirlər

17 Dekabr 2023 20:04
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bədəlli əsgərlik" istəyənlərin tələblərini nəzərə alıb, onlara görə müəyyən düzəlişlər etdik. İndi isə az qala evlərində hərbi xidmət keçmək istəyir. Bir də istəyirsiniz, onlara pul göndərək. Belə bir şey olarmı? Biz tam peşəkar hərbi xidmətdən yana deyilik. İndi olduğu kimi 50/50 nisbətində olmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bədəlli hərbi xidmətlə bağlı tənzimləmənin 2019-cu ildə həyata keçirildiyini və bununla bağlı hər hansı dəyişikliyin olmayacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.